...

Sumqayıtda qətl törədən şəxs 18 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 18 Avqust 2016 15:36 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Ramin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayıtda qətl törədən şəxs 18 il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Ramin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə  hökm oxunub. 

Məhkəmənin hökmü ilə R.Cəbrayılov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, bu il Sumqayıt şəhəri, Corat qəsəbəsində, qəsəbə sakini R.Cəbrayılov qonşusu Asif Xəlilovu bıçaqlayaraq öldürüb. Hadisə qonşular arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. R.Cəbrayılov polis əməkdaşları tərəfindən həbs edilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti