...

Bakının bu qəsəbələrində bu gün təbi qaz olmayacaq - SİYAHI

Cəmiyyət Materials 19 Avqust 2016 10:00 (UTC +04:00)
Bu gün Abşeron magistral qaz kəmərləri sahəsində aparılan cari təmir işləri ilə əlaqədar qaz verilməsində məhdudiyyətlər olacaq.
Bakının bu qəsəbələrində bu gün təbi qaz olmayacaq - SİYAHI

Bakı. Trend

Bu gün Abşeron magistral qaz kəmərləri sahəsində aparılan cari təmir işləri ilə əlaqədar qaz verilməsində məhdudiyyətlər olacaq. Belə ki, Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qobu”, “Müşviqabad”, “Aşagı Güzdək” və “Pirəküşgül” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti