...

Nazirlikdən dabaq xəstəliyi təhlükəsi ilə bağlı açıqlama

Cəmiyyət Materials 18 Avqust 2016 17:51 (UTC +04:00)
Respublikada dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir.
Nazirlikdən dabaq xəstəliyi təhlükəsi ilə bağlı açıqlama

Trend-i buradan izləyin

Bakı. Trend:

Respublikada dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.

Nazirlik bildirir ki, Bərdə rayonunda iribuynuzlu heyvanların dabaq xəstəliyinə tutulması və tələf olması, həmçinin həmin heyvanlarda dabağa qarşı aparılan profilaktik peyvənd vasitələrinin keyfiyyəti haqqında da əsassız məlumatlar yayılıb. Bununla əlaqədar (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı ildə ölkə ərazisində KTN tərəfindən təsdiqlənmiş “Epizootik tədbirlər planı”na uyuğun olaraq iri və xırdabuynuzlu heyvanlar arasında müvafiq tədbirlər aparılıb, o cümlədən dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib. Aparılan peyvəndləmədən sonra heyvanlar arasında dabaq xəstəliyinə görə heç bir mürəkkəbləşmə və tələfat halları qeydə alınmayıb.

2016-cı ilin 7 ayı ərzində respublikada 2 dəfə: yanvar və iyun-iyul aylarında dabaq xəstəliyi əleyhinə iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri aparılıb. Bu tədbir ölkə üzrə 4973892 baş iribuynuzlu, 5895483 baş xırdabuynuzlu heyvanı əhatə etmişdir. Həmçinin cari ilin 7 ayı ərzində Bərdə rayonunda 168800 baş iribuynuzlu, 101937 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb.  

Dövlət vəsaiti hesabına tender yolu ilə alınaraq ölkəyə gətirilən, heyvanlara tətbiq edilən bütün vaksinlərin, o cümlədən dabaq xəstəliyi əleyhi vaksinlər alınan müəssisələr beynəlxalq sertifikatlara malikdirlər və respublikaya gətirilən peyvənd vasitələrinin hamısının müvafiq beynəlxalq keyfiyyət sertifikatları mövcuddur. Həmçinin həmin vaksinlər respublikaya idxal olunarkən onların keyfiyyəti Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq laboratoriyalarında yoxlanılır, keyfiyyət göstəriciləri standartlara uyğun olduqdan sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yerli strukturları tərəfindən heyvanlara tətbiq edilir.

KTN Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvanlara vurulan dabaq vaksinlərinin guya keyfiyyətsiz olması və peyvəndləmədən sonra heyvanların tələf olması ilə əlaqədar yayılmış məlumatların heç bir əsası olmadığını, bu məlumatların sensasiya xarakteri daşdığını və heç bir fakta söykənmədiyini bildirir. Heyvanların dabaq xəstəliyinə yoluxması və bu xəstəlikdən ölməsi barədə heç bir fatk məlum deyil.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir və epizootik vəziyyətə nəzarət olunur.

                                       

Xəbər lenti

Xəbər lenti