Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Taxıl Kombinatının direktoru Qalib Bağırovu qətlə yetirməkdə təqsirləndirilən - Ehtiram Həsənov, Mübariz Əliyev və Mahurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.
İttihama görə, qətl hadisəsi 2015-ci ilin yanvarında baş verib. Təqsirləndirilən şəxslər Q.Bağırovu mənzilində qətlə yetiriblər.