...

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi olacaq

Cəmiyyət Materials 14 Sentyabr 2016 17:45 (UTC +04:00)

Bakı. Trend:

Sabah Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərginin açılış mərasimi keçiriləcək.

Muzeyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərgidə 49 ədəd eksponat nümayiş olunacaq. Bunlar xovsuz xalça, xovlu xalça, xalça məmulatı, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir. Bu eksponatlar öz materialına və tarixinə görə fərqlənən, muzeyin kolleksiyasına məxsus ən füsunkar sənət inciləridir.

“Bərpa olunmuş eksponatlar” sərgisi eksponatların təqdimatı ilə kifayətlənmir. Belə ki, sərgi zamanı eksponatların konservasiya prossesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən açıq ustad dərsləri keçiriləcək. Sərginin ziyarətçilərinə təqdim olunacaq video-çarx və slayd-şou vasitəsilə onlar bərpa sirləri və bərpaçıların bacarıqları barədə daha çox məlumat almaq imkanı əldə edəcəklər.

Sərgi sentyabrın 29-a qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti