...

“Yeni Bakı” - keyfiyyət hər şeydən üstündür

Cəmiyyət Materials 19 Sentyabr 2016 11:22 (UTC +04:00)
"Yeni Bakı"da komfortlu yaşayış, vaxtınızı mənalı keçirmək, rahat və çeşidli alış-veriş etmək, eyni zamanda sağlam həyat üçün bütün şərtlərə cavab verən hər şərait mövcuddur.
“Yeni Bakı” - keyfiyyət hər şeydən üstündür

Bakı. Trend:

Tikinti sənayesi daim yüksələn templə inkişaf etməkdədir. Davamlı olaraq yeni inşaat həlləri, innovativ texnologiyalar, yeni inşaat materialları meydana çıxmaqdadır. Bu səbəbdən Bakı və Bakıətrafı bölgələrdə mənzil alarkən artıq bir çox faktorları nəzərə almaq mütləqdir. Bu gün paytaxtın əmlak bazarında alıcılara kifayət qədər təkliflər təqdim olunmaqdadır.

"Yeni Bakı" Yaşayış Kompleksi unikal bir layihə - özlüyündə şəhər içində bir şəhərdir. Kompleks Masazır qəsəbəsində Duzlu gölün yaxınlğında yerləşir. Təbiəti sevirsinizsə, bu layihə sizi mütləq maraqlandıracaqdır. Kompleksə uşaq bağçası, orta məktəb və digər infrastruktur tərkibləri daxildir. Binaların birinci mətəbələrində isə kompakt şəkildə ofis, ticarət, iaşə və digər xidmət obyektləri fəaliyyət göstərir. Sakinlər üçün hər yerdə rast gəlinməyən, kompleksin geniş və rahat parkinq sahələrini xüsusilə ayrıca qeyd etməliyik. Əlverişli və rahat ərazidə yerləşməsi və yüksək təşkilatçılıq sayəsində sakinlər özlərini meqapolisdən uzaq, eyni zamanda hər gün işə maneəsiz gedib-gəlmə imkanları ilə özlərini paytaxtın bir hissəsi kimi hiss edə bilirlər. Kompleksin ərazisində günün bütün saatlarında uşaqlarla dolu olan üç böyük - 700 kv.m ərazini əhatə edən idman kompleksləri - mini stadionları, valideyinləri ilə təmiz havada gəzintiyə gələn körpələrlə dolu, 5 hektar geniş ərazisi olan bir neçə yaşıllıq zonası - parkları, uşaq meydançalarını da qeyd etmək yerinə düşər. İstirahət və idman zonalarının genişliyi və imkanları sakinlərin təmiz havada istirahətini və sağlam həyat tərzini maksimum təmin edir.

Praktiki olaraq yaşayış massivi üçün bütün infrastruktur tərkibləri - mağazalar, apteklər, poliklinika kimi tələbat və səhiyyə obyektləri ilə yanaşı, sentyabrın 15-də 800 şagird tutumlu orta məktəb yeni tədris ilində istifadəyə verildi. Tezliklə yeni ideal şəraitli uşaq bağçası, digər yerüstü və yeraltı parkinq sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bunların təmiz hava və ekoloji təmiz ərazidə (Kompleks sanatoriya sahəsi Duzlu gölün yaxınlığında yerləşir) yerləşməsi sakinlərinin niyə məhz buranı seçmələrinə yeni bir aydınlıq gətirir.

Bir sözlə, "Yeni Bakı"da komfortlu yaşayış, vaxtınızı mənalı keçirmək, rahat və çeşidli alış-veriş etmək, eyni zamanda sağlam həyat üçün bütün şərtlərə cavab verən hər şərait mövcuddur. Məhz burada böyük şəhər həyatı ilə şəhərkənarı yaşayış arasında harmoniyanın ortaq nöqtələrini tapmaq mümkündür. "Yeni Bakı" Yaşayış Kompleksində üç mindən çox mənzil istismara verilmişdir. Bu kompleksin əsas üstünlüklərindən biri də mənzillərin və obyektlərin hamı üçün əlverişli olan aşağı qiymətləridir. Kompleksin inşaasında mütəxəsislər ən tələbkar alıcı auditoriyasının tələbləri - komfortlu yaşayış və sosial rifahı təmin edən ideyalarını ortaya qoymuşdur. Eyni zamanda yüksək keyfiyyətli inşaat materiallarından istifadə etməklə, yeni innovativ texnologilyaları tətbiq etməklə ən yaxşı ideyaların gerçəkləşməsinə nail olunmuş, maksimum sosial - ictimai bir ortama malik kompleks inşa edilmişdir.

"Yeni Bakı" Yaşayış Kompleksinin inşaası "İlin Dörd Fəsli" MMC tikinti şirkəti tərəfindən həyata keçirilmişdir. Şirkət 1998-ci ildən fəaliyyət göstərir və tikinti bazarında özünü bir çox böyük layihələrin yüksək keyfiyyətlə icrası ilə etibarlı bir tərəfdaş kimi təsdiq etmişdir. Şirkətin sayəsində günümüzə qədər artıq on minlərlə sakin yeni və yüksək keyfiyyətli mənzil sahibidir. Əgər siz də mənzil sahibi olmaq istəyirsinizsə, mütləq tələbkar və məsuliyyətli bir alıcı olmalısınız. Mənzil seçimi zamanı məsuliyyətli və tələbkar olmaqla hər şeydən əvvəl aldığınız mənzildə yaşayış zamanı meydana çıxa biləcək xoşagəlməz sürprizlərin öncədən qarşısını almış olursunuz. Belə ki, potensial mənzil alıcısı öncədən əlaqədar və ya tanış şəxslərdən yaxud internet vasitəsilə təklif olunan mənzil haqqında informasiya toplayır.

Qeyd edək ki, daşınmaz əmlak seçimi və ya alışı üçün inernet bir o qədər də yaxşı köməkçi resurs deyildir. Qlobal şəbəkədə tez-tez, ayrı-ayrı inşaat şirkətlərinin reklamdan daha çox provakasiya xarakterli, özünü tam və obyektiv ifadə etməyən, sırf sifariş xarakterli məlumatları ilə qarşılaşmaq mümkündür. Kəskin rəqabətdə olan şirkətlər sağlam rəqabət əvəzinə müxtəlif KİV ilə rəqiblərini potensial alıcıların gözündən salmaqla məşğul olurlar. Bu tip şirkətlərin dırnaqarası reklam fəaliyyəti potensial alıcıların düzgün seçim etmələrinin qarşısını alır. Məhz bu kimi əngəlləri dəf etmək və doğru yerdə doğru mənzil seçmək üçün yaşayış kompleksi ilə əyani tanış olmağı, mənzillərə özünüzün baxmağınızı tövsiyə edirik.

"Yeni Bakı" Yaşayış kompleksinin ərazisində yerləşən ofisimizin peşəkar əməkdaşlarımız mənzil almaq istəyən bütün potensial alıcıların kompleks və mənzillər haqqında istənilən suallarını cavablandırır, tövsiyələri bölüşürük. "Yeni Bakı"ya gəlin, etibarlı, çoxfunksiyalı, yüksək komfortlu yaşayış kompleksində rahat, mənzil qayğılarından uzaq mənzil sahibi, minlərlə sakindən biri də siz olun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti