...

British Council və Dövlət İmtahan Mərkəzi arasında niyyət məktubu imzalanıb

Cəmiyyət Materials 23 Sentyabr 2016 11:38 (UTC +04:00)
British Council Azərbaycan və Azərbaycan Dövlət İmtahan Mərkəzi əməkdaşlığa dair niyyət məktubu imzalayıb.
British Council və Dövlət İmtahan Mərkəzi arasında niyyət məktubu imzalanıb

Bakı. Trend:

British Council Azərbaycan və Azərbaycan Dövlət İmtahan Mərkəzi əməkdaşlığa dair niyyət məktubu imzalayıb.

British Council-dan Trend-ə verilən məlumata görə, ingilis dili üzrə bilgi və səriştənin qiymətləndirilməsinə dair birgə layihələri həyata keçirmək üçün British Council Azərbaycan və Azərbaycan Dövlət İmtahan Mərkəzi əməkdaşlığa dair niyyət məktubu imzalayıblar.

British Council üçün Niyyət Məktubunun məqsədi ingilis dili üzrə bilik və səriştənin qiymətləndirilməsini daha da inkişaf etdirilməsinə dəstək olmaqla Azərbaycanda təhsil islahatlarının təkmilləşdirilməsində Dövlət İmtahan Mərkəzinə yardım etməkdən ibarətdir.

Məqsədlərdən biri dövlət səviyyəsində imtahan nəticələrinin Dillər üzrə Ümumi Avropa İstinad Çərçivəsinə uyğunluğunu müəyyən etmək üçün araşdırma aparmaqdır. DÜAİÇ dil üzrə proqram və tədris qaydalarının qiymətləndirilməsi, tədris və təlim materiallarının hazırlanması və xarici dil biliyinin qiymətləndirilməsi üzə şəffaf, ardıcıl və hərtərəfli bazanı təmin etmək məqsədilə işlənib hazırlanıb.

Sənədi imzalayanlar Dövlət İmtahan Mərkəzinin Sədri Məleykə Abbaszadə və British Council Azərbaycanın Ölkə üzrə Direktoru Elizabet Vayt Niyyət Məktubunun 2017-ci ilin yanvar ayına 2017-2018-ci illər üzrə daha geniş Əməkdaşlığa dair Çərçivə Müqaviləsinə çevrilməsi ilə bağlı razılığa gəliblər.

Fəaliyyətdə əsas diqqət aşağıdakı məqsədlərə yönəlib:

Magistratura pilləsində keçirilən qəbul imtahanlarında İngilis dili komponentinin təkmilləşdirilməsinə dəstək;
Yeni kurikuluma əsaslanan buraxılış imtahanlarındakı ingilis dili komponentlərinin yaradılmasına dəstək;
Dövlət İmtahan Mərkəzi tərəfindən IELTS imtahanlarının keçirilməsinə dəstək;
Dövlət qulluğuna qəbul zamanı xarici dil biliklərinin yoxlanmasının təkmilləşdirilməsi.

Müqavilə bundan əlavə, Birləşmiş Krallığın və digər Avropa ölkələrini uğurlu təcrübələrinə əsaslanaraq Azərbaycanın təhsil sistemində sistematik və keyfiyyətli islahatları təşviq edəcək.

British Council Azərbaycanın Direktoru Elizabet Vayt deyib: “Bu əhəmiyyətli addımdır. Biz Dövlət İmtahan Mərkəzi ilə birgə ingilis dili üzrə bacarıqların rəsmi şəkildə qiymətləndirilməsi məqsədi güdən islahatlar üzərində çalışmağımıza məmnunuq. Yaxşı imtahan tədris və təhsilin daha yaxşı olmasına təsir göstərə bilər və uzunmüddətli müsbət nəticələrin əldə edilməsinə nail olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti