...

Azərbaycanın 3 rayonunda yeni mərkəz yaradılıb

Cəmiyyət Materials 29 Dekabr 2016 12:11 (UTC +04:00)
Azərbaycanda Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzləri yaradılıb.
Azərbaycanın 3 rayonunda yeni mərkəz yaradılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzləri yaradılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilib.

Qərara əsasən, Mədəniyyət və Turizm Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Mədəniyyət və Turizm Nazirliyi Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində həmin nazirlik üçün nəzərdə tutulmuş müvafiq vəsait dairəsində həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti