...

Azərbaycan universitetlərinin impakt faktorlu jurnallardakı məqalələrinin sayı 40 faiz çoxalıb

Cəmiyyət Materials 27 Yanvar 2017 15:30 (UTC +04:00)
Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasındakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı 40 faiz çoxalıb.
Azərbaycan universitetlərinin impakt faktorlu jurnallardakı məqalələrinin sayı 40 faiz çoxalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasındakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayı 40 faiz çoxalıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı ildə Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasındakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayı 350, 2015-ci ildə isə 250 olub.

Bu fərq 2015-ci ilin dekabrında Təhsil Nazirliyi ilə dünyada intellektual informasiya üzrə ən aparıcı platforma olan “Thomson Reuters” agentliyi arasında bağlanan əməkdaşlıq müqaviləsinin nəticəsidir.

Əməkdaşlıq nəticəsində ilk dəfə olaraq ölkəmizin 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları, monoqrafiyaları, konfrans materiallarını da Azərbaycan alimlərinin ixtiyarına verib.

Qeyd edək ki, ötən il dünyanın ən mötəbər impakt faktorlu jurnallarında ölkəmiz üzrə dərc olunan 734 məqalənin təxminən yarısı universitet alimlərinin əqli məhsullarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti