...

Binəqədi-Mehdiabad yolunda hərəkət tam məhdudlaşdırılır

Cəmiyyət Materials 16 Mart 2017 15:36 (UTC +04:00)
Binəqədi-Mehdiabad avtomobil yolunda martın 17-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Binəqədi-Mehdiabad yolunda hərəkət tam məhdudlaşdırılır

Bakı. Trend:

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda martın 17-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir-neçə gün davam edəcək.

Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti