...

"Elektron kataloq - yüksək informasiya texnologiyalarının nəticəsi kimi" mövzusunda elmi-praktik konfrans keçirilib

Cəmiyyət Materials 14 Aprel 2017 18:36 (UTC +04:00)
"Elektron kataloq - yüksək informasiya texnologiyalarının nəticəsi kimi" mövzusunda elmi praktik konfransı keçirilib.
"Elektron kataloq - yüksək informasiya texnologiyalarının nəticəsi kimi" mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda Kitabxana İşinin İnkşafı Assosasiyasının təşkilatçılığı və universitetin Kitabxanaçılıq-İnformasiya fakültəsinin dəstəyi ilə Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının "Elektron kataloq - yüksək informasiya texnologiyalarının nəticəsi kimi" mövzusunda təşkil etdiyi tələbələrin elmi-praktik konfransı keçirilib.

Konfransda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbə-müəllim heyəti, kitabxana ictimaiyyəti iştirak edib.

Tədbiri Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı A.Qurbanov açıb. Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri professor Xəlil İsmayılov, layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Rəşad Qardaşov çıxış edərək tələbələrə uğurlar arzulayıb.

Sonra tələbələrin təqdimatları olub. Konfransda Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitabxanası, ADA Universitetinin kitabxanası, Respublika Elmi Tibb Kitabxanası, Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanası, BDU-nun Elmi kitabxanası, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, AMEA MEK, Xətai Rayon MKS, Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi, M.F.Axundov adına Milli Kitabxanası, Respublika Elmi Pedaqoji kitabxanası, Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs kompleksinin əməkdaşları iştirak ediblər.

Sonda fərqlənən tələbələr diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti