...

Azərbaycanda dərman preparatlarının onlayn axtarış sistemi işə düşdü

Cəmiyyət Materials 19 Aprel 2017 11:35 (UTC +04:00)
Azərbaycanda dərman preparatlarının onlayn axtarış sistemi - “tabletka.az” saytı işə düşüb
Azərbaycanda dərman preparatlarının onlayn axtarış sistemi işə düşdü

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda dərman preparatlarının onlayn axtarış sistemi - “tabletka.az” saytı işə düşüb.

Bunu Trend-ə layihənin rəhbəri Emin Sultanov deyib.

Onun sözlərinə görə, sosial xarakter daşıyan layihə ilk növbədə dərman preparatlarının tapılmasının rahatlığına və istifadəçilərin vaxtının qənaət olunmasına yönəlib.

E.Sultanov qeyd edib ki, lazımi dərman preparatının tapılması üçün onun adının axtarış pəncərəsinə daxil edilməsi kifayətdir: “Bundan sonra sistem ən yaxın aptekləri təqdim edəcək. Bundan başqa, reseptin şəklini çəkib sistemə yerləşdirmək olar. Bu resept də sifarişçiyə yaxın olan apteklərə yönləndiriləcək”.

Gələcəkdə istifadəçilər üçün SMS yolu ilə dərman sifariş vermək imkanının da təqdim olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti