...

İslam Oyunları zamanı dərslər keçiriləcəkmi? - Rəsmi cavab

Cəmiyyət Materials 7 May 2017 14:40 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi gələn həftədən başlayacaq IV İslam Oyunlarının Bakıdakı orta məktəblərdə tədrisə təsir göstərib-göstərməyəcəyini açıqlayıb
İslam Oyunları zamanı dərslər keçiriləcəkmi? - Rəsmi cavab

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyi gələn həftədən başlayacaq IV İslam Həmrəyliyi Oyunlarının Bakıdakı orta məktəblərdə tədrisə təsir göstərib-göstərməyəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunlar məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək: "Dərslər normal qaydada davam etdiriləcək. Oyunların keçirilməsi paytaxtdakı, o cümlədən şəhərin mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsir göstərməyəcək".

Qeyd efək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti