...

Paytaxt məktəblərində "İnsan hüquqları aylığı" qeyd olunur (FOTO)

Cəmiyyət Materials 5 İyun 2017 12:27 (UTC +04:00)
Paytaxt məktəblərində ölkədə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Paytaxt məktəblərində "İnsan hüquqları aylığı" qeyd olunur (FOTO)

Bakı. Trend:

Paytaxt məktəblərində ölkədə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Təhsil Nazirliyi və Ombudsman Aparatı arasındakı əməkdaşlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə insan hüquqlarına dair konfrans, seminar, “Dəyirmi masa”, disput və inşa yazı müsabiqələri təşkil edilir.

“İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsində əsas məqsəd insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Aylıq çərçivəsində "İnsan hüquqlarının müdafiəsi", “İnsan hüquqları və multikulturalizm”, "Hüquqlarımızı bilək” və digər mövzularda şagirdlərlə söhbətlər aparılır.

Tədbirlərdə ölkə Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır. Mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. Həmçinin, respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən, Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından bəhs olunur.

Sonda şagirdlərin sualları cavablandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti