...

ADU-nun rektoru Kamal Abdulla Hindistan səfiri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 9 İyun 2017 13:55
İyunun 9-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.
ADU-nun rektoru Kamal Abdulla Hindistan səfiri ilə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 9-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor K.Abdulla Hindistan kimi böyük bir ölkənin ADU ilə əməkdaşlığından məmnunluğunu bildirib. O, universitetdə “Səfir saatı” adlı klubun yaradılmasının planlaşdırıldığını qeyd edib. Rektor bildirib ki, bu layihənin məqsədi ADU-ya gələn səfirlərin təkcə müvafiq mərkəzlərlə deyil, digər strukturlar ilə də əlaqələrinin qurulması və onların universitetdə mühazirələrlə çıxış etməsini təmin etməkdir. O, səfiri “Səfir saatı”nda mühazirə oxumağa dəvət edib.

ADU-nun rektoru səfirə universitetə göstərilən qayğıya və tələbələrin Hindistanda təcrübə keçməsinə şərait yaradıldığına görə təşəkkür edib. O, hindi dili və mədəniyyətinin təbliği istiqamətində işlərin genişləndiriləcəyini deyərək Hindistan universitetlərinin birində Azərbaycan Mərkəzinin yaradılmasını təklif edib.

Rektor K.Abdulla Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən biri sayıldığını deyib və Hindistanın da multikultural ölkə olduğunu sözlərinə əlavə edib. O, hər iki ölkənin bu istiqamətdə bir-birindən öyrənmək şanslarının olduğunu vurğulayıb. Rektor ilk addım olaraq Hindistanın hər hansı bir universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlamağı təklif edib və ölkəmizdə bu fənnin tədrisi ilə bağlı kifayət qədər təcrübə olduğunu deyib. “Bu fənni tədris etmək üçün müəllim göndərməyə hazırıq”-deyən K.Abdulla sonda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə edib.

Səmimi qəbula görə təşəkkür edən səfir S.Rana Hindistanın ADU ilə əlaqələrindən söz açıb. O, universitetdə fəaliyyət göstərən Hindistan mərkəzinin il ərzində təxminən 10 tələbə qəbul etdiyini qeyd edib. Səfir yaxın vaxtlarda Hindistandan ADU-ya müəllim gələcəyini və nəticədə tələbələrin Hindistan haqqında daha dolğun məlumatlar əldə etmək imkanlarının yaranacağını sözlərinə əlavə edib. O, Hindistan universitetləri ilə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı danışıqlara başlayacağını vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ilə bağlı digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti