...

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: Həkimlərlə bağlı müraciətlər daxil olsa da...

Cəmiyyət Materials 17 İyul 2017 11:33 (UTC +04:00)
Azərbaycanda həkimlərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olsa da, prosesdə həkimlər rüşvətin subyekti deyil.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: Həkimlərlə bağlı müraciətlər daxil olsa da...

Bakı. Samir Əli - Trend:

Azərbaycanda həkimlərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olsa da, prosesdə həkimlər rüşvətin subyekti deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, belə müraciətlər olanda İdarə tərəfindən ilkin mərhələdə cinayətlərin qarşısı alınır.

K.Əliyev əlavə edib ki, bəzi kütləvi informasiya vasitələrində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barədə dərc olunmuş məlumatlar əsasında İdarə tərəfindən bir neçə araşdırma aparılıb, lakin cinayət işinin başlanması üçün əsas olmayıb: "Mətbuatda gedən hər bir yazı araşdırma predmeti ola bilməz".

İdarə rəisi qeyd edib ki, xaricdə təhsil sahəsində neqativ hallarla da bağlı vətəndaş müraciətləri olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti