...

"Ailə" TV-də latın amerikası serialları həvəsəkarları üçün yeni telekanal

Cəmiyyət Materials 5 Avqust 2017 12:37 (UTC +04:00)
Avqustun 1-dən etibarən Ailə TV kanallar şəbəkəsində yeni «Теленовелла» telekanalı yayımlanır. Bu kanal yayımçı tərəfindən «Иллюзион+» əvəzinə əlavə olunub.
"Ailə" TV-də latın amerikası serialları həvəsəkarları üçün yeni telekanal

Bakı. Trend:

Avqustun 1-dən etibarən Ailə TV kanallar şəbəkəsində yeni «Теленовелла» telekanalı yayımlanır. Bu kanal yayımçı tərəfindən «Иллюзион+» əvəzinə əlavə olunub.

«Caspian Telecom» mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, «Теленовелла» — əyləncəli kinokanaldır və latın amerikası seriallarının romantik dünyasını əks etdirir. Telekanalda ən baxımlı Meksika, Braziliya, Argntina teleserialları yayımlanır.

«Теленовелла» kanalı Ailə TV-nın IPTV yayım paketi və Kabel TV yayım növünün Ailə+ paketinə daxildir.

Xəbər lenti

Xəbər lenti