...

FHN yataqxanada baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır

Cəmiyyət Materials 6 Avqust 2017 21:31 (UTC +04:00)
Avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib
FHN yataqxanada baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır

Bakı. Trend:

Avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.

Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti