Bakı. Trend:
UNEC-də yeni tədris ilinin ilk “Açıq qapı” günü keçirilib.
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, UNEC-də ənənəvi olaraq hər ayın ilk şənbə günü keçirilən “Açıq qapı”da rektor, professor Ədalət Muradov qəbula gələn universitet əməkdaşları, tələbə, valideyn və ictimaiyyət nümayəndələrini qəbul edib. Rektora ünvanlanan müraciətlər əsasən, dərs yükünün bölgüsü, pedaqoji fəaliyyət, universitetə yenidən bərpa olunmaq və s. barədə olub. “Açıq qapı” günündə 20-dən çox müraciətə baxılıb.
Ə.Muradov müraciətləri dinləyərək, onların operativ həll edilməsi ilə bağlı məsul şəxslərə göstərişlərini verib. Bir sıra məsələlər isə yerindəcə həll edilib.
Qeyd: UNEC-də növbəti “Açıq qapı” noyabrın 4-də olacaq. UNEC əməkdaşları və tələbələrin qəbulu isə tədris binaları üzrə hər həftənin çərşənbə axşamı saat 13:30-da təşkil olunur. Qəbulda iştirak etmək istəyənlər qeydiyyat üçün 146-1-3 və ya (012) 492 59 03 nömrələri ilə əlaqə saxlaya bilərlər.