...

XƏBƏRDARLIQ - Əhmədli qəsəbəsinin enerji təchizatında fasilələr olacaq

Cəmiyyət Materials 1 Noyabr 2017 14:26 (UTC +04:00)
Paytaxtın bəzi ərazilərində enerji təchizatında fasilələr olacaq.
XƏBƏRDARLIQ - Əhmədli qəsəbəsinin enerji təchizatında fasilələr olacaq

Bakı. Trend:

”Azərenerji” ASC-yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləri ilə əlaqədar olaraq, 2 noyabr tarixində saat 01.00-dan 04.30-a qədər Xətai rayonu kənd Əhmədli yaşayış massivinin bir hissəsində (Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov, Xudu Məmmədov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti