...

Fiziki qüsurlu istedadlı məktəblilərlə bağlı yeni layihəyə başlanılıb

Cəmiyyət Materials 6 Noyabr 2017 11:35 (UTC +04:00)
“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihəyə start verilib.
Fiziki qüsurlu istedadlı məktəblilərlə bağlı yeni layihəyə başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihəyə start verilib. Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 59 nömrəli tam orta məktəbdə həyata keçirilir.

İdarədən Trend-ə verilən məlumata görə, 59 nömrəli tam orta məktəb tərəfindən hazırlanan “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib.

Layihənin əsas məqsədi ümumilikdə sağlamlıq imkanları məhdud olan, o cümlədən valideyn himayəsindən məhrum edilmiş xüsusi istedadlı, yaradıcılıq qabiliyyətləri olan yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasıdır.

Layihə çərçivəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində təlimlər təşkil edilir. Bu ilin dekabrında yekun vurulacaq layihənin sonunda iştirakçı olmuş istedadlı yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçiriləcək, onlar Fəxri Fərmanla təltif ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti