...

Təbriz küçəsindəki tıxacla bağlı Nazirlər Kabinetinə müraciət edildi

Cəmiyyət Materials 7 Noyabr 2017 12:03 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir.
Təbriz küçəsindəki tıxacla bağlı Nazirlər Kabinetinə müraciət edildi

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, bununla bağlı Təbriz və İzzəddin Həsənoğlu küçələrinin kəsişməsi araşdırılıb, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb.

Müəyyən edilib ki, İ.Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin işıqforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.

BNA mütəxəssisləri İ.Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi sola dönmə zolağının təşkil edilməsi və sola dönən nəqliyyat vastələrinin hərəkətinin kanallaşdırılması barədə təklifi hazırlanıb. Təklifdə həmçinin, işıqfora sola dönmə fazasının əlavə edilməsi, Təbriz küçəsində piyada keçidinin təşkili də öz əksini tapıb.

Təkliflərin reallaşması ilə İ.Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadaların rahatlığının təmin edilməsi mümkün olacaq.

Təklif baxılması üçün Azərbaycan Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti