...

Batumi ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2017 19:24
Batumi şəhər Meriyasının aparatında Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov və Batumi şəhərinin yeni seçilmiş meri Laşa Komaxidze arasında görüş keçirilib.
Batumi ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Batumi şəhər Meriyasının aparatında Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov və Batumi şəhərinin yeni seçilmiş meri Laşa Komaxidze arasında görüş keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, R.İsmayılov Batumi merinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Bakının tarixi, ölkənin sosial-mədəni, iqtisadi inkişafı haqqında danışılıb, Bakıda və ölkəmizin digər regionlarında həyata keçirilən layihələr, genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verilib.

Baş konsul qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.

Baş konsul həmcinin, Azərbaycannın Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Yaxın zamanda Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Baş konsul Batumi şəhərinin merinə “Made in Azerbaijan” brendi altında istehsal edilən Azərbaycan məhsulu hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti