...

Bayram günlərində təcili tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Cəmiyyət Materials 27 Dekabr 2017 10:49 (UTC +04:00)
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram günlərində təcili tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı. İlhamə İsabalayeva – Trend:

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, bayram günlərində Səhiyyə Nazirliyi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.

L.Bayramova qeyd edib ki, briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunacaq və bütün çağırışlar vaxtında yerinə yetiriləcək.

Qeyd edək ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkə ərazisində yanvarın 4-dək (2018-ci il) qeyri-iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti