...

Dövlət Xidməti sahibkarları yoluxucu xəstəliklərin profilaktikasına məsuliyyətlə yanaşmağa çağırır

Cəmiyyət Materials 30 Dekabr 2017 09:00 (UTC +04:00)
Azərbaycan sahibkarları yoluxucu xəstəliklərin profilaktikasına məsuliyyətlə yanaşmalıdırlar.
Dövlət Xidməti sahibkarları yoluxucu xəstəliklərin profilaktikasına məsuliyyətlə yanaşmağa çağırır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan sahibkarları yoluxucu xəstəliklərin profilaktikasına məsuliyyətlə yanaşmalıdırlar. Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Füzuli Quliyev deyib.

Onun sözlərinə görə, bəzi sahibkarlar profilaktik tədbirlərin aparılmasına bəzən qeyri-ciddi yanaşırlar və müvafiq vəsait ayırmaqdan imtina edirlər.

F.Quliyev qeyd edib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirləri şərti olaraq iki qrupa ayırmaq olar - dövlət vəsaiti hesabına aparılan və sahibkarların şəxsi vəsaiti hesabına həyata keçirilən tədbirlər.

Bununla yanaşı, laboratoriya direktorunun sözlərinə görə, yoluxucu xəstəliklər bir qayda olaraq sahibkarların laqeydliyi üzündən özünü büruzə verir: "Əminliklə demək olar ki, dövlət vəsaiti hesabına aparılan tədbirlər nəticəsində yoluxucu xəstəliklər aşkar edilmir. Dövlət vəsaiti hesabına profilaktikası aparılan xəstəliklərin siyahısına Sibir xorası, dabaq, quduzluq, brüselyoz və digər xəstəliklər aiddir. Lakin elə yoluxucu xəstəliklər var ki, onların əleyhinə profilaktik tədbirlər sahibkarların şəxsi vəsaiti hesabına aparılmalıdır. Bəzi sahibkarlar profilaktik tədbirlər üçün vəsait ayırmaq istəmir və hesab edirlər ki, bütün xərcləri dövlət öz üzərinə götürməlidir. Sahibkarların belə hərəkətləri bəzi yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər".

F.Quliyev əlavə edib ki, belə halların qarşısını almaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti profilaktik tədbirləri öz hesabına həyata keçirir: "Amma sahibkarlar vaksin və digər bioloji vasitələri özləri almalıdırlar, həmçinin yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərə məsuliyyətlə yanaşmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti