...

REYD! Sumqayıt-Bakı yolunda 15 belə mikroavtobus aşkarlandı

Cəmiyyət Materials 8 Yanvar 2018 13:02 (UTC +04:00)
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi (DYP) qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydlərini davam etdirir.
REYD! Sumqayıt-Bakı yolunda 15 belə mikroavtobus aşkarlandı

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi (DYP) qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydlərini davam etdirir.

Trend-in məlumatına görə, yanvarın 8-də səhər saatlarında növbəti reyd keçirilib.

Sumqayıt Şəhər Nəqliyyat Departamenti ilə birgə keçirilən reyd zamanı Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlanıb. Reyd zamanı 15 mikroavtobus qanunsuz sərnişin daşıdığı üçün saxlanılıb və Sumqayıt Şəhər Nəqliyyat Departamentinin duracağına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti