...

Binəqədi Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2018 12:31 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 20-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Ağsaqqallar Şurasının konfransı keçirilib.

İca Hakimiyyətindən Trend-ə verilən məlumata görə, konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Binəqədi Rayon Prokuroru Nazim İmanov, Aparatın şöbə müdirləri, Ağsaqqallar şurasının üzvləri, BRİH başçısı yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rayon şöbələrinin rəhbərləri, və ASAN könüllüləri iştirak ediblər.

Konfransı Rayon Ağsaqqallar Şurasının sədri A.Rəfiyev açıq elan edərək, giriş sözü ilə çıxış etdikdən sonra, YAP Binəqədi Rayon Təşkilatının sədri R.Göyüşovun konfransa sədrlik etməsini təklif etdi. Konfransın sədri seçilmiş R.Göyüşov Konfransa katib seçilməli olduğunu bildirib və Şura üzvü Y.Vəliyevin konfransın katibinin seçilib. Daha sonra Konfransda R.Göyüşov Konfransın gündəliyini təklif edib və qəbul edilib. Ağsaqqallar Şurasının sədri A.Rəfiyev ötən dövrün hesabatını təqdim etdikdən sonra hesabat ətrafında çıxışçılara yer verildi. BRİH başçısı yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Biləcəri qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev ötən dövr ərzində görülən işlər barəsində çıxış edib.

Konfransın Gündəliyinə uyğun olaraq müvafiq ardıcıllıqla Binəqədi Rayon Ağsaqqallar Şurasının Şura üzvləri, Təftiş Komissiyasının üzvləri, İdarə Heyətinin üzvləri, Ərazi Ağsaqqallar Şurası İdarə Heyətləti üzvləri və sədrləri səsvermə yolu ilə seçilib. Daha sonra Şura üzvü Aslan Mehdiyev söz alaraq Ağsaqqallar Şurasının sədri vəzifəsinə A.Rəfiyevin namizədliyini verib və fikrini əsaslandırıb. Təklif səsə qoyulub və qəbul edilib. Konfransın sədri R.Göyüşov seçilən bütün heyəti təbrik edərək, yekun sözü Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərova verib. RİH başçısı çıxışında Ağsaqqallar Şurasının seçilən heyətini təbrik etdi və ölkədə ziyalılarımıza verilən yüksək qiymətdən bəhs etdi. X.İsgəndərov milli-mənəvi dəyərlərimizə ali səviyyədə diqqətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi. Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas hissəsini ziyalılara, ağsaqqallara verilən dəyər və qiymət təşkil edir. Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Xalqımızın dəstəyi ilə İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək.

Çıxışlardan sonra R.Göyüşov Konfransın işinin tamamlandığını elan etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti