...

Sağlamlıq imkanları məhdud uşaqlar üçün oftalmoloji müayinələr keçirildi (FOTO)

Cəmiyyət Materials 15 Mart 2018 17:12 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiya keçirib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün oftalmoloji müayinələr keçirildi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiya keçirib.

Mərkəzin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlər göstərilir.

Aksiya zamanı 100-ə qədər pasiyent müayinə edilib.

Y.Abdiyeva bildirib ki, mərkəzin Səyyar Klinikasının martın 14-də Bakı Dövlət Universitetidə keçirdiyi aksiya zamanı isə 310 müəllim və tələbə müayinədən keçib.

Aksiyaların keçirilməsində məqsəd tələbə, şagird və müəllimlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti