...

AXC-nin 100 illiyi münasibətilə MUSABİQƏ elan olundu (FOTO)

Cəmiyyət Materials 17 Mart 2018 14:53 (UTC +04:00)
Bakıda ümumi təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilir.
AXC-nin 100 illiyi münasibətilə MUSABİQƏ elan olundu (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda ümumi təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin tabeliyindəki məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir.

Azərbaycan və rus dillərində keçirilən inşa yazı müsabiqəsi iki mərhələdən ibarətdir.

Müsabiqənin I mərhələsi 15 mart-16 aprel tarixlərində təşkil olunur. Məktəbdaxili yarışmada hər məktəb üzrə Azərbaycan və rus bölmələrindən yalnız birinci yeri tutmuş şagirdlər II mərhələdə iştirak edəcək. İnşa yazı müsabiqəsinin II mərhələsi isə 20-25 aprel tarixlərində baş tutacaq.

Müsabiqənin əsasnaməsinə uyğun olaraq, mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın şəkildə ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət etməklə tərtib olunması əsas meyarlardır. Qeyd edək ki, inşa yazıların həcmi 250-300 sözdən ibarət olmalıdır.

“Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri 5 ballıq sistem ilə qiymətləndiriləcək.

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti