Bakı. Samir Əli - Trend:
Suriyadakı qanunsuz birləşmələrə qoşulan azərbaycanlıların uşaqlarının Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir.
Trend-in məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, hazırda bununla əlaqədar işlər aparılır: "Bu işlə bizim komitə deyil, digər qurumlar məşğul olur. İşlər davam etdirilir. Amma bizim komitə də bu işə dəstək verir".