...

Azərbaycan gimnastları “AGF Junior Trophy” beynəlxalq turnirinin bürünc medalını qazanıblar (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 23 Aprel 2018 20:29 (UTC +04:00)
Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Arzu Cəlilova Bakıda keçirilən gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirin bürünc medalını qazanıblar.
Azərbaycan gimnastları “AGF Junior Trophy” beynəlxalq turnirinin bürünc medalını qazanıblar (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Arzu Cəlilova Bakıda keçirilən gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirin komanda hesabında bürünc medalını qazanıblar.

Trend-in məlumatına görə, çıxışın yekunu olaraq gimnastlar 89,250 xal toplayıb.

İlk yerdə 100,900 xalla Lala Kramarenko, Darya Trubnikova və Anastasiya Sergeyevadan ibarət Rusiya yığması qərarlaşıb. İkinci yeri 93,300 xalla Belarus gimnastları Anna Kamenşikova və Yana Striqa tutub.

Qaliblərə mükafatı Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mariana Vasileva, Federasiyanın idman meneceri Azər Novruzov və "Ocag Sport" idman klubunun direktoru Surxay Qarayev təqdim edib.

Eyni zamanda Azərbaycan Gimnastika Federasiyası tərəfindən xüsusi təsis edilmiş yüksək xala görə AGF Trophy mükafatı təqdim olunub. Mükafat Azərbaycan gimnastı Arzu Cəlilovaya verilib və mükafatı ona Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirə start verilib.

Gənc bədii gimnastlar böyük gimnastları qabaqlayaraq 23-24 aprel tarixlərində fəxri kürsünün ilk pillələrinə qalxmaq uğrunda mübarizə aparacaqlar. Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışacaqlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayacaqlar. İki günlük yarışlar zamanı komanda hesabı və ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, “AGF Junior Trophy” turniri 2018-ci ilin 1-3 iyun tarixlərində İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək. Bu da gənc gimnastlara Avropa çempionatında öz həyəcanlarına qalib gələrək daha inamlı çıxışlar nümayiş etdirmək və çıxış proqramlarını təkmilləşdirmələri üçün şans yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti