...

Xarici İşlər Nazirliyində ümummilli lider Heydər Əliyevin 95 illliyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 10 May 2018 17:35 (UTC +04:00)
Xarici İşlər Nazirliyində "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib.
Xarici İşlər Nazirliyində ümummilli lider Heydər Əliyevin 95 illliyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Xarici İşlər Nazirliyində "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Elman Nəsirov çıxış ediblər.

Tədbir zamanı məruzəçilər 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitliyin və təhlükəsizliyin bərqərar olduğunu və bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də köklü dəyişiklərin edildiyini nəzərə çatdırıblar.

Məruzəçilər ölkəmizin milli maraqları və beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla qonşu dövlətlər və dünya birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, ələlxüsus Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya blokadasının aradan götürülməsi və işğalçıya qarşı beynəlxalq təzyiqin güclənməsi kimi məsələləri özündə ehtiva edən ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və hal-hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyası haqqında iştirakçılara məlumat veriblər.

Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Xarici İşlər Nazirliyinin foyesində ucaldılmış büstü önünə gül dəstəsi qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti