Bakı. Trend:
Allahverdi Paşayev “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin edilib.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən bildiriblər.
A.Paşayev 2008-ci ildən İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, son təyinatdan əvvəl isə şöbə müdirinin müavini vəzifəsində çalışıb.
Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
İngilis və rus dillərini bilir.