...

İiribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə aparılır (FOTO)

Cəmiyyət Materials 23 May 2018 19:49 (UTC +04:00)
Bu ilin 4 ayı ərzində nodulyar dermatit xəstəliyinə qarşı 1592054 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb.
İiribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə aparılır (FOTO)

Bakı. Trend:

Bu ilin 4 ayı ərzində nodulyar dermatit xəstəliyinə qarşı 1592054 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirin iyunun sonunda yekunlaşması nəzərdə tutulur.

Respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dematit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Nodulyar dermatit xəstəliyinin profilaktikası, diaqnostikası və ləğvi Nazirlər Kabinetinin 22 yanvar 2015-ci il tarixli 12 saylı qərarı ilə Nazirlər Kabinetinin 2006-cı il 07 mart tarixli 65 saylı qərarına edilmiş əlavəyə uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti