...

Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb (FOTO)

Cəmiyyət Materials 13 İyun 2018 18:47 (UTC +04:00)
Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Marneuli şəhərində olub.
Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb (FOTO)

Bakı. Trend:

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Marneuli şəhərində olub.

Komitədən Trend-ə verilən məlumata görə, F.Muradov bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.

Onlarla soydaşımızın iştirak etdiyi görüşdə onları maraqlandıran bir çox məsələlər müzakirə olunub. F.Muradov əlilliyi olan şəxlərin vəziyyəti ilə maraqlanıb və onların bir qrupuna müasir tipli əlil arabaları bağışlayıb. Arabalar Əlillər Cəmiyyətinin sədri Rövşən Əliyevə təqdim edilib. Bundan başqa F.Muradov azərbaycanlı gənclərin təhsil alma imkanları, müasir biliklərə yiyələnmək üçün onlara yaradılan şəraitlə maraqlanıb. Bir qrup gəncə kompüterlər hədiyyə edilib.

Komitə sədrinin Gürcüstana səfəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti