...

Tamaşaçı: Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir

Cəmiyyət Materials 30 İyun 2018 19:14 (UTC +04:00)
Azərbaycanda idmanın, o cümlədən gimnastikanın inkişafına böyük diqqət yetirilir.
Tamaşaçı: Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanda idmanın, o cümlədən gimnastikanın inkişafına böyük diqqət yetirilir.

Bunu Trend-ə İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışlarını izləyən tamaşaçı Anaxanım Ağayeva deyib.

A.Ağayev bildirib: “Şadam ki, gimnastika ilə məşğul olan nəvələrim gənc yaşlarından idmana cəlb olunublar. Hesab edirəm ki, məşq edən bütün uşaqların idmançı olmaları o qədər də vacib deyil, ancaq onların idmanla məşğul olmaları, vaxtlarını fəal keçirmələri hər cəhətdən gözəldir”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilib.

İki gün davam edən yarışlarda ümumulikdə Bakı gimnastika məktəbini, “Ocaq Sport” və “Neftçi” klublarını, “Zirə” mədəniyyət mərkəzini, Respublika Olimpiya İdman Liseyini, eləcə də Sumqayıt şəhərini təmsil edən 100-dən çox gimnast iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti