...

“Azərenerji”: Masazırda xətlərdə aparılan təmir elektrik enerjisi təminatında fasilə yaratmayacaq

Cəmiyyət Materials 24 İyul 2018 19:59 (UTC +04:00)
Masazırda xətlərdə aparılan təmir elektrik enerjisi təminatında fasilə yaratmayacaq
“Azərenerji”: Masazırda xətlərdə aparılan təmir elektrik enerjisi təminatında fasilə yaratmayacaq

Bakı. Trend:

Masazırda xətlərdə aparılan təmir elektrik enerjisi təminatında fasilə yaratmayacaq.

Bu barədə Trend-ə “Azərenerji” ASC-dən məlumat verilib.

Qeyd edilir ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz.

Xatırladaq ki, bundan əvvəl "Azərişıq" ASC Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində 25-27 iyul 2018-ci il tarixlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacağı ilə bağlı məlumat yaymışdı.

Fasilələrin “Azərenerji” ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan h/x-də aparılacaq təmir işləri ilə əlaqədar olduğu deyilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti