...

Ekologiya və Təbii Sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edib

Cəmiyyət Materials 28 Sentyabr 2018 14:28 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşlarını qəbul edib.
Ekologiya və Təbii Sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən sentyabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşlarını qəbul edib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti