Bakı. Cani Babayeva - Trend:
Bakıda keçirilən aerobika gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yarışlarında idmançılar üçün bütün şərait yaradılıb.
Bu barədə Trend-ə Rusiya yığmasının məşqçisi Lyubov Matveyeva bildirib.
L.Matveyeva deyib: "Yarışlar çox yaxşı təşkil olunub,zal gözəldir, belə şəraitdə çıxış etmək bizə xoşdur. Yarışlarda güclü idmançılar iştirak edir, gücümüzü sınamağa idmançılar var".
Rusiyalı məşqçinin sözlərinə görə, Aerobika gimnastikası üzrə Azərbaycan yığmasını yüksək səviyyəli mütəxəssis çalışdırır: "Sizin yüksək səviyyəli mütəxəssisiviz var - Mariyan Kolev, o, Bolqarıstanda çalışıb, Vyetnam yığmasını çalışdırıb. Aerobika gimnastikasının inkişaf strategiyası düzgün hazırlanıb, idmançılara yaxşı baza, xoreoqrafiya hazırlığı verilir".
Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yekun gününə start verilib.
Yarışın sonuncu günü kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları arasında yarışlar keçiriləcək.
Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak edəcək. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edəcəklər.