...

Cənub bölgəsində veteranlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2018 20:09 (UTC +04:00)

Bakı. Trend:

Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, yerli qrumların rəhbərləri, eləcə də, Lənkəran, Masallı, Cəlilabad, Astara və Lerik rayon Veteran Təşkilatlarının sədrləri, veteranlar iştirak ediblər. Görüşdə veteran təşkilatlarının fəaliyyəti, onların qarşısında duran vəzifələr və yerli icra hakimiyyəti orqanları ilə birgə işin daha da səmərəli təşkilində bu təşkilatlara lazımı köməkliyin göstərilməsi və s. məsələlər müzakirə edilib.

Görüşü açan İcra başçısı T.Qaraşov veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışaraq ölkə Prezidenti tərəfindən onların qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulayıb, Lənkəran rayonunda da veteranların maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların rayonun ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. İcra başçısı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün şəhər İcra hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb. Respublika Veteranlar Təşkilatının 30 illik yubileyi münasibəti ilə hər bir veteranı təbrik etmiş və təşkilatın bu illər ərzində dövlət siyasətini həyata keçirilməsində, ulu öndər Heydər Əliyev prinsiplərinə sadiq fəaliyyət göstərməsini qeyd edib.

Çıxış edən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. Vətənpərvərliyinin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində Təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs edib. 30 illik yubiley münasibəti ilə təntənəli mərasim və və təşkilatın “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfransı yüksək səviyyədə təşkil etməsi Azərbaycan tolerantlığını təbliğ etməsi, yeni faşizm ideologiyası olan erməni işğalçılığının dünya ictimayyətinə tanıdılmasında xüsusi xidmətləri olduğunu bildirib. Lənkəran və ərtaf rayonlarda veteranlara göstərilən diqqət və qayğını və yerli veteran təşkilatlarının rolunu müsbət dəyərləndirdi.

Respublika Veteranlar Təşkilatının sədr müvini Cəlil Xəlilov çıxışında qonaqpərvərliyə və bu cür tədbirin təşkilatçılığındakı köməkliyə görə Lənkəran şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib. Ölkəmizdə həyata keçirilən quruculuq işləri, Azərbaycanda müasir, güclü Ordunun qurulmasından və Respublika Veteranlar Təşkilatının ölkə həyatında, ictimai-siyasi proseslərdə yaxından iştirakı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Lənkəranın, eləcə də, ətraf rayonların ziyalı və veteranlarının bu işlərdə rolunu yüksək qiymətləndirib.

Digər çıxış edənlər ölkəmizdə veteranların hər tərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, eləcə də, veteranların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs ediblər.

Respublika Veteranlar Təşkilatının sədri general polkovnik Tofiq Ağahüseynov Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşovu “Həzi Aslanov yubiley medalı” və iştirak edən rayon Veteranlar Təşkilatlarının sədrlərini isə Təşkilatın “30 illik yubiley medalı” ilə təltif edib.

Sonda tədbir iştirakçıları Heydər Əliyev mərkəzinin önündə xatirə şəkli çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti