...

İcazəsiz ov etmək istəyənlər 2000 manat cərimələndi

Cəmiyyət Materials 25 Dekabr 2018 17:00 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara ümumilikdə 2000 manat məbləğində cərimə tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti