...

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2018 19:54 (UTC +04:00)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qurumun kollektivi və diaspor nümayəndələri ümumilli liderin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib.

Həmin ildən etibarən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti