...

"Şahdağ" və "Tufandağ" MDB-də turistlərin ən çox bəyəndiyi qış kurortlarıdır

Cəmiyyət Materials 21 Yanvar 2019 10:39 (UTC +04:00)
Turistlər MDB-də qış tətili zamanı ən yaxşı istirahət zonalarının Azərbaycan, Qazaxıstan və Belarusda olduğunu bildirir.
"Şahdağ" və "Tufandağ" MDB-də turistlərin ən çox bəyəndiyi qış kurortlarıdır

Bakı. Trend:

Turistlər MDB-də qış tətili zamanı ən yaxşı istirahət zonalarının Azərbaycan, Qazaxıstan və Belarusda olduğunu bildirir.

Trend-in "TurStat" analitik agentliyinə istinadən verdiyi məlumata görə, rəyi soruşulanların 32 faizi Belarusun Minsk vilayətindəki "Loqoysk" və "Siliçi" qış kurortlarına üstünlük verib.

Qazaxıstanın Almatı şəhərinin yaxınlığındakı "Çimbulaq" istirahət mərkəzi səslərin 23 faizini qazanıb.

16 faiz Azərbaycanın "Şahdağ" və "Tufandağ" Qış-Yay Turizm komplekslərini seçib.

Turistlərin bir qismi isə Qırğızıstandakı "Karakol" və Özbəkistandakı "Çimqan" kurortlarını bəyənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti