2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.

Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.

Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, imtahanlar ali təhsil müəssisələri və məktəblərdə tədris prosesinə mane olmamaq üçün həftə sonları keçirilir. DİM tərəfindən təşkil olunan ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, qəbul imtahanları (iki şans), eləcə də digər müxtəlif təyinatlı imtahanlar və onların kütləvi xarakteri kağız daşyıcılar vasitəsilə əlavə sınaq imtahanlarının keçirilməsini məhdudlaşdırır. Lakin DİM tərəfindən mütəmadi olaraq onlayn sınaq imtahanları keçirilir.

Abituriyentlər http://otk.az portalı vasitəsilə onlayn sınaq imtahanlarında iştirak edə bilərlər. Xatırladaq ki, qəbul imtahanlarının həm I, həm də II mərhələsinə aid yeni sual paketləri daimi olaraq portala yerləşdiriləcək.

Abituriyentlər imtahanda iştirak etmək üçün ödənişi edərkən diqqətli olmalıdırlar. Kağız daşıyıcılar vasitəsilə keçirilən sınaq imtahanları üçün ödəmə DİM-in saytında olan şəxsi kabinet və ödəmə üsulları vasitəsilə aparılır. Onlayn sınaq imtahanlarına yazılma və ödəniş isə otk.az portalında aparılır.

50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!
50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!
"LinkedIn" sosial şəbəkəsi bu ölkədə işləməyəcək
"LinkedIn" sosial şəbəkəsi bu ölkədə işləməyəcək
Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutub (FOTO)
Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutub (FOTO)
Loading Bars
Xəbər lenti
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Bakıda ticarət mərkəzi yanır (VİDEO)
Sabirabadda 4 otaqlı ev yanıb
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Qazaxıstanda koronavirusa daha 1 900 nəfər yoluxub
Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb
Yaponiyanın yeni baş naziri ABŞ-a səfər etmək istədiyini bildirib
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Meksika Konqresi Azərbaycan xalqını təbrik edib (FOTO)
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Türkiyə Suriyadakı terrorçulara qarşı bütün lazımi addımları atacaq - Ərdoğan
Türkiyədə son sutkada koronavirusdan 25 513 nəfər sağalıb
FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib
Messisiz PSJ "Anje" üzərində qələbə qazandı
Şəmkirdə birmərtəbəli ev yanıb
Böyük Britaniyada deputatı kilsədə bıçaqlanaraq öldürülüb
İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat
Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr
Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var
Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür
Bitkoinin qiyməti 60 min dolları keçib
Türkiyədə 2 PKK terrorçusu zərərsizləşdirilib
"Formula 1" üzrə növbəti Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix bəlli oldu
İranda son sutkada 197 nəfər koronavirusdan ölüb
Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN
Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatıb
Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi
Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu imzaladı
Ceyhun Bayramov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir (FOTO)
Gəncədə fitosanitar monitorinqlər aparılıb
Böyük Britaniya ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub (FOTO)
Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir (VİDEO)
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
"Azəriqaz"da payız-qış rejiminə hazırlıq işləri yekunlaşıb - Ruslan Əliyev
Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi
Baş direktor "Azəriqaz"a ən çox edilən şikayətlərdən danışdı
“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb
Noyabrda neçə gün iş olmayacaq?
Rusiyadan idxal olunan 70 tona yaxın toxumluq kartof məhv edilib
Bakı və Abşeron ərazisi 2023-cü ildə tam qazlaşdırılacaq
Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi
BDU-nun professoru vəfat edib
Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumla bağlı mətbuat konfransı keçirilib (FOTO)
Yevlaxda "patı" satan dəstə yaxalandı
Dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib (FOTO)
Zaqatala və Balakəndə qanunsuz ağac kəsilməsilə bağlı cinayət işi başlandı
Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ
ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb (FOTO)
Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Qarabağa ilk konteyner blok qatarı yola salınıb (FOTO/VİDEO)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı "online" qəbul zamanı səsləndirilən müraciətlə yerində tanış olub (FOTO)
Sosial mənzil almaq istəyənlərin pulunu mənimsəyən qadının işi məhkəməyə göndərildi
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında yeni qaz sazişini şərh edib
Mətbuat Şurasında intiharla bağlı xəbərlərin mediada işıqlandırılması müzakirə edilib (FOTO)
Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub - Deputat
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib (FOTO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Baş prokuror Kamran Əliyev Gürcüstana səfər edib (FOTO)
Koronavirusa yoluxan körpələrdə hansı simptomlar olur? - AÇIQLAMA
Əlilliyi olan şəxslər 35,6 min reabilitasiya vasitəsi ilə təmin edilib
Bakıda ər arvadını qətlə yetirdi
Uşaqlara peyvəndlər mütləq vurulmalıdır - Mütəxəssis
Azərbaycanda ilk təhsilyönümlü əyləncə parkı açıldı (FOTO)
Azərbaycanda yeni doğulan körpələr arasında COVİD-19-a yoluxma halı aşkarlanıb
Yeni doğulan uşaqlar arasında ölüm hallarının səbəbləri açıqlanıb
“Samur” postunda niyə sıxlıq yaranıb? - AÇIQLAMA
Bakı metrosunun aldığı daha bir yeni nəsil qatar əsaslı təmirə dayandı (FOTO)
AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
Prezident İlham Əliyev: Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək
Azərbaycan qazı Avropanın qaz idxalının azalmasını kompensasiya edib
Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb
İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədri seçilib (FOTO)
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib (FOTO)
Kaspersky: kiberbullinq hallarının təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyırlar
AzTU-da növbəti tədris laboratoriyasının açılışı olub (FOTO)
Azərbaycan və Litva arasında məşğulluq sahəsində təcrübə mübadiləsi aparılıb (FOTO)
Gələn həftə qar yağacaq - Xəbərdarlıq
50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!
NEQSOL Holding, ADA Universitetinin Qazax Seminariyasının bərpası layihəsinə dəstək verəcək (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbəsi: Belə bir tarixi şəxsiyyətin adını daşıdığıma görə qürur duyuram!
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 850 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya
Kür çayına nərə balıqları buraxılıb (FOTO)
Bütün xəbərlər