...

İlahiyyat İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr edilmiş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2019 16:05 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
İlahiyyat İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr edilmiş  konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, konfransı giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu bildirib. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm vasitədir.

Rektor vurğulayıb ki, 30 sentyabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm hadisə olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.

C.Məmmədov Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Aİİ-nin ardıcıl maarifləndirici tədbirlərə əhəmiyyət verdiyini qeyd edən rektor seminarların, konfransların, “dəyirmi masalar”ın tələbələrdə elmə, təhsilə marağın artması və intellektual səviyyələrinin yüksəlməsi məqsədini daşıdığını nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti