...

BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2019 20:13 (UTC +04:00)
Bakı Dövlət Universitetində Novruz bayramı və Yel çərşənbəsi münasibətilə tədbir keçirilib.
BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı və Yel çərşənbəsi münasibətilə tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev universitet kollektivini təbrik edib, hər birinə sağlamlıq, firavan həyat arzulayıb.

Müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verən, milli ənənə və dəyərləri qoruyub saxlayan Novruzun tarixi və mahiyyəti barədə danışan rektor Elçin Babayev bu bayramın ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu diqqətə çatdırıb.

Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevin, Türkiyə, Türkmənistan, Çin və İran səfirliklərinin nümayəndələrinin, çoxsaylı qonaqların, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə qeyd edilən ölkələrin milli adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirilib, tələbələrin təqdimatında ədəbiyyat nümünələri səsləndirilib və musiqilər ifa edilib.

Tədbir türk xalqlarının milli adət-ənənələri və Novruz rəmzləri ilə bəzədilmiş bayram süfrələri ilə tanışlıqdan sonra başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti