...

Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Cəmiyyət Materials 19 Mart 2019 14:52 (UTC +04:00)

Bakı. Trend:

Bu gündən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Novruz Bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, buraxılış 6 markadan ibarət kiçik vərəq formasındadır. Markalar “Bahar qızı” “Keçəl” və “Kosa” kimi Novruz atributlarına həsr olunub. Eyni zamanda, “Aşıq” və “Yuxayayan qız” adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib.

Hər markanın ölçüsü 28x40 mm təşkil edir.

Eyni zamanda, 200 ədəd Birinci gün zərfləri də hazırlanaraq satışa çıxarılıb.

Qeyd edək ki, 30 min tirajla çap olunan markaların rəssamı Nərmin Abdullayeva, dizayneri Anar Mustafayevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti