...

Bakı-Ələt yolunda "Mercedes" aşdı, bir ailənin 4 üzvü xəsarət aldı (VİDEO)

Cəmiyyət Materials 23 Mart 2019 13:05 (UTC +04:00)
Bu gün səhər Bakı-Ələt yolunda qəza baş verib.
Bakı-Ələt yolunda "Mercedes" aşdı, bir ailənin 4 üzvü xəsarət aldı (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün səhər Bakı-Ələt yolunda qəza baş verib.

Trend-in məlumatına görə, hadisə yolun Qaradağ rayon Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və torpaq yolda sürəti yığa bilməyən sürücü maşını aşırıb.

Qəzada xəsarət alanlar təcili tibbi yardım briqadasının köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvüdür. Onlardan 3-ü müayinə olunaraq evə buraxılıb, 1954-cü il təvəllüdlü Həsənova Rəvşəndə isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ortadır.

Xəsarət alanların hamısı Ağcabədi rayon sakinidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti