...

Komissiya: Ağsu-Xanbulaq yolunda çökən ərazidə hərəkət bərpa olunub

Cəmiyyət Materials 1 Aprel 2019 17:29 (UTC +04:00)
Ağsu rayonunda baş verən torpaq sürüşməsi nəticəsində Ağsu-Xanbulaq yolundakı çökən hissə bərpa olunub.
Komissiya: Ağsu-Xanbulaq yolunda çökən ərazidə hərəkət bərpa olunub

Bakı. Samir Əli - Trend:

Ağsuda baş verən torpaq sürüşməsi nəticəsində Ağsu-Xanbulaq yolundakı çökən hissə bərpa olunub.

Bu barədə Trend-ə Ağsu rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə Ağsu-Xanbulaq yolunun 5-ci kilometrliyində baş verib.

Hadisə nəticəsində yolun 6-8 metrlik hissəsi sürüşüb. Sürüşmə nəticəsində hərəkətdə olan "KAMAZ" markalı yük avtomobili yoldan çıxıb. Dərhal hadisə yerinə lazımi texnika və canlı qüvvə cəlb edilib, problem aradan qaldırılıb. Hazırda yolda hərəkət bərpa olunub".

Komissiyadan bildiriblər ki, sürüşmə intensiv yağışlarla əlaqədardır:

"Yol torpaq yoldur. İntensiv yağışlar nəticəsində torpaq qatında boşalma yaranıb və yolda çökmə əmələ gəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti