...

Bakının 3 rayonunda vətəndaşlara pulsuz tinglər paylanılacaq

Cəmiyyət Materials 2 Aprel 2019 09:41 (UTC +04:00)
Bu gun Bakının Nəsimi, Binəqədi və Yasamal rayonlarında vətəndaşlara pulsuz tinglər paylanılacaq.
Bakının 3 rayonunda vətəndaşlara pulsuz tinglər paylanılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gun Bakının Nəsimi, Binəqədi və Yasamal rayonlarında vətəndaşlara pulsuz tinglər paylanılacaq.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ağac tinglərinin paylanılması aksiyası aprelin 2-də Bakının Nəsimi rayonunda Koroğlu parkının, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında saat 11:00-dan 13:00-dək, Yasamal rayonunda Azərsu parkının qarşısında saat 13:00-dan 15:00-dək keçiriləcək.

Aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.

ETSN vətəndaşları aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti